Naxçıvan aeroportuna uçuşlar DAYANDIRILDI

16:35 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Beynəlxalq Hava Limanından hafta.az-a verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.